“Bu qadın o kişinin sadəcə, puluna ərə gedib. Ayıb olsun ona! Fotoları da gülüncdür”.
Sosial şəbəkələrdə yayılan toy fotosu istifadəçilərin tam əksəriyyətinin sərt tənqidinə məruz qalıb.
VOİCEPRESS AsiaOne-a istinadən bildirir ki, fotoda 29 yaşlı Çariti Mumba və 92 yaşlı Piter Qruvisdir.
Ç.Mumba Zambiya, P.Qruvis isə Cənubi Afrika Respublikasının vətəndaşıdır.
Zambiyalı Mumbanın yazdığına görə, ailə həyatı qurmaq üçün CAR-a yollanıb.
“Orada Piterlə qarşılaşdım. Tanış olduq, bir-birimizi sevdik. Və evləndik”, – Çariti Mumba Facebook profilində yazıb.
Piter Qruvis maliyyəçi olub, multimilyonçudur.
Çariti Mumba isə yoxsul ailənin mənsubudur.
Son vaxtlar CAR-da yaşlı, qoca kişilərə ərə gedən zambiyalı qadınların sayı artır.
Ekspertlərin dediklərinə görə, həmin qadınlar yoxsulluqdan qurtulmaq üçün bu yolu seçirlər və qocaya ərə getməkdə hansısa sevgidən söhbət belə, gedə bilməz.
Dünyanın ən yoxsul ölkələrindən biri Zambiyada əhalinin 68 faizi yoxsulluq səviyyəsindən aşağıda yaşayır. CAR-da bu göstərici 20 faizdir.
VOİCEPRESS.AZ