“Çiçəklənən Ermənistan” Partiyasının keçmiş sədri, oliqarx Qaqik Tsarukyan ölkənin keçmiş baş naziri Ovik Abramyanı təsis etdiyi seçkiqabağı bloka daxil etməkdən imtina edib.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, Ovik Abramyan dəfələrlərlə hakim Respublikaçılar Partiyasının seçkiqabağı kampaniyasına başçılıq edib.
İnformasiyaya əsasən, Qaqik Tsarukyan bildirib ki, Ovik Abramyanla ölkə prezidenti Serj Sarkisyan, eləcə də Respublikaçılar Partiyası ilə keçmiş baş nazir arasındakı mövcud münasibətə qarışmaq istəmir.
Qeyd edək ki, keçmiş baş nazir Ovik Abramyan hakim Respublikaçılar Partiyasından istefa verib. O, partiya sədirinin müavini idi. Respublikaçılar Partiyasının sədri isə Serj Sarkisyandır.
Xatırladaq ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
VOİCEPRESS.AZ