“Rembo”nun qızları qırmızı xalçada

0
314185

Los-Ancelesdə “Qızıl Qlobus” mükafatlarının açılışı elan edilib.

VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, yanvarın 8-də baş tutacaq mərasimin qırmızı xalçasını aparcı Cimmi Fallon və “Miss Qızıl Qlobus”lar açıb.

Bu il “Miss Qızıl Qlobus” adına isə “Rembo” və “Rokki” obrazları ilə məşhurlaşan Silvestr Stallonenin qızları layiq görülüb. 20 yaşlı Sofiya, 18 yaşlı Sistin və 14 yaşlı Skarlet kamera qarşısında birgə poz da veriblər.

Stallone mərasimdə iştirak edə bilməsə də, qızlarını sosial şəbəkə vasitəsi ilə təbrik edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here