“Reina” terrorçusu ilə bağlı yeni detallar ortaya çıxıb.
VOİCEPRESS hurriyet-ə istinadən xəbər verir ki, “Reina”ya hücum edən Tacikistan əsilli Özbəkistan vətəndaşı Abdulqadir Maşaripovun ələ keçirilməsi ilə bağlı istintaq prosesi 36 saata yaxındır ki, davam edir.
Bu istintaq prosesi zamanı o da məlum olub ki, terrorçunun qaldığı evdə aşkar edilən 197 min dollar terror sonrası qatilin qaçması üçün İŞİD tərəfindən verilibmiş.
VOİCEPRESS.AZ