Azərbaycan alimi “Nobel”i ittiham etdi

18 Yanvar, 14:58

Azərbaycan nefti hesabına formalaşan Nobel Mükafatı azərbaycanlıların qanını tökən bir cinayətkara verilib.

Təkcə bu fakta görə Beynəlxalq Nobel Komissiyasını cinayətkar qurum hesab etməyə yetər.
VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AMEA-nın Tarix İnisitutunun direktor müavini, professor Cəbi Bəhramov deyib. Tarixçi alim bu fikri Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsi ilə əlaqədar təşkil olunan tədbirdə səsləndirib.

“20 Yanvar hadisəsinin birbaşa səbəbkarı olan Mixail Qarbaçova Nobel Sülh Mükafatı verilib. O pullar Azərbaycan neftindən qazanlıb. Haram xoşları olsun! Bu adam sülhsevər, sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı. Biz millət olaraq hər zaman bu cür təkilatların bizə qarşı ikili yanaşmasının şahidi oluruq.”

Qeyd edək ki, professor Cəbi Bəhramov onu da bildirib ki, bu fikri Beynəlxalq Nobel Komissiyasının üzvlərinə də deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here