“Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanovun dabanından əməliyyat olunduğunu xəbər vermişdik.
VOİCEPRESS sportfm.az-a istinadən xəbər verir ki, artıq Musa bəyin səhhətində heç bir problem yoxdu.
Veteran futbolçu müvəqqəti olaraq əsa ilə də olsa, gəzə bilir. Musa bəyin ardından Qurbanovlar ailəsində daha bir nəfər zədələnib. Bu dəfə onun adaşı, Qurban Qurbanovun oğlu Musa Qurbanovun ayağı sınıb. “Neftçi”nin U-15 komandasının və U-16 yığmasının şərəfini qoruyan kiçik Qurbanov millinin düşərgəsində məşq zamanı xəsarət alıb.
Qurban Qurbanovdan aldığımız bilgiyə görə oğlunun ayağının aşağı hissəsində xırda sümüklərdən biri sınıb və bu səbəbdən hazırda onun ayağı gipsdədi. Qurban bəy onu da bildirdi ki, zədə səbəbindən Musa U-16-nın Gürcüstan toplanışında iştirak edə bilməyib.
VOİCEPRESS.AZ