Qızdırmadan 42 nəfər öldü

28 Yanvar, 11:29

Braziliyada son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən 42 nəfər həyatını itirib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, faktı Braziliya Səhiyyə Nazirliyi də təsdiq edib.

Qurumun məlumatına görə, son günlər 107 şübhəli ölüm faktı yoxlanılıb və onlardan 42 nəfərin məhz bu xəstəlikdən öldüyü məlum olub.

Digər 65 nəfər barəsində yoxlamalar davam edir.

Bundan başqa, sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 555 nəfər xəstəxanalara yerləşdirilib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here