Coşqun Rəhimov yenidən müalicəyə başladı

28 Yanvar, 11:30

“Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib”.

VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, bu sözləri “Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov sosial şəbəkədə yazıb.

O bildirib ki, əməkdar artist Coşqun Rəhimov yenidən müalicəyə başlayıb.

M.Abbasov uzun müddətdir qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkən aktyorun hazırda evə buraxıldığını deyib:

“Yüksək peşəkarlığa görə Milli Onkologiya Mərkəzinin əməkdaşlarına “Bu şəhərdə” komandası adından təşəkkür edirəm. Coşqun artıq ev şəraitində müalicəsini davam etdirir. İnşallah, bir neçə günə məşqlərimizə başlayacağıq”.

Qeyd edək ki, C.Rəhimov örən il üçüncü dəfə əməliyyat olunmuşdu.

“Bu şəhərdə”nin aktyorlarının “DiYetaa” adlı konserti martın 4-dən 10-na kimi Heydər Əliyev Sarayında baş tutacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here