“Qətərin Azərbaycanla əməkdaşlığa çox böyük marağı var”

31 Yanvar, 14:11

“Qətər bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, Qətər və Azərbaycan investisiya fondu yaratmağı planlaşdırırlar.

O, ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük marağı olduğunu deyib:

“Bu gün Bakıda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here