Poroşenko 20 yanvardan dərhal sonra Trampla görüşəcək

0
314068

P. Poroşenko: “Tramp prezident seçiləndən sonra zəng etdiyi ilk dünya liderlərindən biri mən olmuşam”

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşəcəyi tarixi açıqlayıb.

VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, o, Trampla yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən dərhal sonra görüşəcək: “Tramp prezident seçiləndən sonra zəng etdiyi ilk dünya liderlərindən biri mən olmuşam. Aramızda çox səmərəli dialoq olub və biz, mənim inauqurasiyadan sonra Vaşinqtona gerçəkləşəcək səfərimin tarixini müəyyənləşdirdik. Biz geniş spektrli məsələləri də müzakirə etdik”.

Dünya İqtisadi Forumunun keçirildiyi Davosda, “Bloomberg”in suallarını cavablandıran Poroşenko belə deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here