Pərviz Heydərov: “2017-ci ildə İnflyasiya göstəricisi ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq !”

4 Yanvar, 20:50

Bu da, həm diqqəti cəlb etməməyə və həm də maraq doğurmaya bilmir.

“Mərkəzi Bankın (AMB) 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatı bəzi iqtisadçı ekspertlər tərəfindən adı şəkilən qurumun əvvəlki illərə dair anoloji bəyanatlarından bu dəfə fərqli olaraq izah və təqdim edilməyə çalışılır. “

VOİCEPRESS xəbər verir ki, bunu iqtisadçi-ekspert Pərviz Heydərov öz Facebook səhifəsində bildirib.

“Əvvəla, ona görə ki, sözügedən “ekspertlər” AMB-in əvvəlki illərə dair anoloji bəyanatlarına həmişə tənqidi və hətta qeyd edərdim ki, ikrah mövqedən yanaşdıqları halda, 2017-ci il üçün açıqlanan eyni sənədə münasibətdə bu ənənəni pozublar. Belə ki, cari ilə aid Bəyanatda söylənilənlərdən müxtəlif sitatlar gətirərək yazırlar ki, guya, vəziyyətin 2017-ci il ərzində daha pis olacağını artıq, AMB tərəfindən də bəyan edilir… İkincisi isə, özləri özlərinin əvvəllər sərt-pul kredit siyasəti, inflyasiya, məzənnənin mövcud tənzimlənməsi mexanizmi və sair kimi amillər haqda söylədikləri tənqidi fikir və mülahizələrin əleyhinə çıxıraq qeyd edirlər ki, guya, vəziyyət o qədər “katastrofikdir” ki, AMB əslində, düzgün kurs həyata keçirir, amma iş ondadır ki, bunun da xeyri olmayacaq… “

Qeyd edim ki, bütün bunlar cəfəngiyyatdır və olduqca iyrənc görünür !… Birincisi, AMB-in növbəti il üçün həyata keçirəcəyi pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatı həmişə ümumi xarakter daşıyıb. Bu dəfə də məhz belədir. Və burada söylənilənlər, sonradan il ərzində baş verən proseslərə uyğun təkmilləşdirilə və dəyişə bilir. Təkcə bir sadə və konkret bir misal çəkim ki, AMB heç bir halda neftin dünya bazar qiymətlərinin necə olacağını dəqiq müəyyən edə bilməz. Ölkəmizin iqtisadi həyatında isə nəyinki, yeni qədəm qoyduğumuz bu il ərzində, hələ sonrakı 2-3 il ərzində də əsas atmosfer bilavasitə məhz, bu amildən asılı olacaq.

İkincisi !.. AMB 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatında əslində, yeni heç bir şey yoxdur. Sərt-pul kredit siyasətidir, inflyasiyanın cilovlanmasıdır, xarici amillərin daxili valyuta bazarına və məzənnəyə təsirlərinin qarşısının alınmasıdır, iqtisadi artımı stimullaşdırma tədbirləri ilə mövcud makroiqtisadi sabitlik arasında uzlaşmaya nail olunmasıdır və sair, AMB üçün həmişə aktual xarakter daşıyan məsələlər olub və bunlar, hətta neftin dünya bazar qiymətləri yüksək olan illər ərzində də adı çəkilən qurum tərəfindən həyata keçirilən ümumi kursda aşkar şəkildə nəzərə çarpıb….

Və nəhayət, üçüncüsü isə, AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatında “tam üzən məzənnə” siyasətinə keçiləcəyi deyilmir. Sadəcə olaraq, sənəddə qeyd edilib ki, AMB Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq 2017-ci ildə üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək.

Və bir də, bir daha açıq şəkildə bəyan edilib ki, Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq. Bunda isə qeyri-adi heç nə yoxdur. Belə ki, yola saldığımız il ərzində də AMB-in valyuta bazarına intervensiyası yalnız, bu məqsədlə həyata keçirildi. Başqa sözlə, bundan kənara çıxmadı. Ancaq sözügedən sənəddə o da deyilir ki, 2017-ci ildə AMB üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq…

Bu isə çox önəmli faktordur.

Pərviz Heydərov onu da qeyd edib ki, “Cari il üçün AMB-in nail olmaq istəyəcəyi əsas hədəf məhz ondan ibarət olacaq ki, inflyasiya birrəqəmli səviyyəyə ensin. Bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. Belə ki, əgər, onun yüksəlməsi qarşısını saxlamaq mümkün olarsa, demək ki, vəziyyət yaxşı olacaq. Yox, əgər, nəzarətdən çıxarsa, AMB pis vəziyyətdə qalacaq. Bütövlükdə ölkədə bank sektorunda normallaşma prosesi də məhz buna bağlıdır.”

AMB-in 2017-ci il ərzində həyata keçirəcəyi pul siyasətinin bütün istiqamətlər üzrə əsas məğzi bundan ibarətdir …

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here