Parlamentin regional məsələlər komitəsi iş planını açıqladı

0
313567

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, iclasda 2016-cı il payız sessiyası ərzində fəaliyyət və 2017-ci il yaz sessiyası çərçivəsində iş planı müzakirə olunub.

Yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla, 7 məsələ daxil edilib. Bunlar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, “Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklik layihələridir.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında təsdiqlənərək yaz sessiyasına təklif olunacaq.

Müzakirələrdən sonra komitənin iş planı təsdiq edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here