Obama öz memuarlarına görə 20 milyon dollar ala bilər

27 Yanvar, 17:46

ABŞ-ın sabiq prezidenti Barak Obama öz memuarları üçün 20 milyon dollar ala bilər.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, bu qiyməti “The Hollywood Reporter” jurnalına “International Creative Management Partners” agentliyinin nəşr qrupunun rəhbəri Ester Nyuberq verib.

O, kino, televiziya, musiqi, ədəbiyyat və əyləncə industriyasından yaradıcı insanlarla işləyir.

“Obamanın xatirələrinin digər prezidentlərin xatirələrindən daha dəyərli olacağı şübhəsizdir”, – o deyib.

Bu fikirlə ABŞ-da prezidentlik institutunu öyrənən Priston universitetinin tarixçisi Culian Zelizer də razılaşıb.

Onun fikrincə, Obamaya maraq daha çoxdur, nəinki onun sələflərinə qarşı, ona nifrət edən mühafizəkarlar, eləcə də liberallar ona heyrandırlar. Zelizer hesab edir ki, Obamaya kitabı üçün Bill Klinton və ya Kiçik Corc Buşdan daha çox pul təklif ediləcək.

Kiçik Corc Buş 2010-ci ildə dərc olunan “Əsas qərarlar” kitabına görə 7 milyon dollar qazanc əldə edib. Həmin kitab 2,6 milyondan çox nüsxə ilə dərc olunub.

Klinton isə “Mənim həyatım” memuarları üçün sabiq prezidentlər üçün rekord məbləğ 15 milyon dollar almışdı. Onun kitabı 2001-ci ildə 2,2 milyon nüsxə ilə çıxmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here