Nazirlikdən Nurayla bağlı növbəti açıqlama

9 Yanvar, 17:43

Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi zamanı yaşanan qalmaqalla bağlı hazırda araşdırma aparılır.

VOİCEPRESS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, proses araşdırıldıqdan sonra nəticəsi barədə müvafiq tədbirlər görüləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək.

“Ortada konkret məhkəmə qərarı var və məhkəmə qərarının icra olunma prosesinin yekun nəticələri xidməti yoxlamadan sonra bəlli olacaq. Kimin günahı varsa və ya hansısa formada müdaxilə olunubsa, onlarla bağlı müvafiq tədbirlər görüləcək”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here