Müasir şahzadələrin dəbdəbəli zinət əşyaları

21 Yanvar, 21:51

Bu qeyri-adi görünə bilər, amma nağıllardakı şahzadələrə müasir dünyada da rast gəlinir. Müasir dövrün şahzadə qızları hər biri ayrı-ayrılıqda zəkası, zərifliyi, tərbiyəsi ilə, xüsusi ilə nümunəvi stilləri fərqlənir.

VOİCEPRESS publika.az-a istinadən müasir şahzadələrin dəbli zinət əşyalarını təqdim edir:

Şahzadə Madlen

Status: İsveç şahzadəsi kraliça Silviya və XVI Karl Qustavın kiçik qızıdır.
Şahzadə Madlen nəfis üslub nümayiş etdirir. O, səyahət və at idmanını çox sevir, amma bu, Madlenin əsl ledi kimi görünməsinə mane olmur. Madlen hətta gündəlik dəstlərdə də zərif bəzəklərdən imtina etmir. Önəmli dəvətlərdə şahzadə kral ailəsindən miras qalmış dəbdəbəli, xüsusi keyfiyyətli daş-qaşlarla seçilir. Madlen obraza uyğun sırğa seçməkdə müstəsna bacarığa malikdir. O, bir qayda olaraq ağır və sallanma sırğalar taxır. Onlar şahzadə xanımın parlayan gözlərini gözəl vurğulayır.

Dina Əbdüləziz Əl Səid

Status: Şahzadə Dina Səudiyyə Ərəbistanın şahzadəsi Əbdüləziz bin Nasir Əbdüləziz bin Al Səudin həyat yoldaşıdır.
Şahzadə Dina şərq gözəlliyini qərbin dəb tendensiyaları ilə birləşdirir və nəticədə inanılmaz obrazlar ortaya çıxır. Öz ölkəsində onun geyim tərzini kifayət qədər cəsarətli adlandırırlar. Ümumiyyətlə, ona baxanda müsəlman olduğunu demək çətindir. O, moda həftələrinin daimi və ən arzuolunan qonağıdır. Gözəl geyinmək həvəsi şahzadə Dinanı bu peşə ilə yaxından maraqlanmağa və məşğul olmağa sövq edib. Kübar ərəb şahzadəsinin Səudiyyə Ərəbistanda “DNA” adlı butiki fəaliyyət göstərir. Lakin bu butik qapalı olur, oraya ancaq şahzadənin dəvəti ilə daxil olmaq mümkündür. Butik üçün kolleksiyaları Dina şəxsən özü seçir. Burada müsəlman aləmində qəbul olunmuş ənənələr də, əlbəttə ki, nəzərdən qaçırmır. Məsələn, məşhur dizaynerlər paltarların fasonlarını Dinanın xahişinə uyğun tərzdə hazırlayır, hətta şahzadənin şərəfinə eksklüziv ayaqqabı modelləri də buraxılıb.
Şahzadə uzun müddət Nyu-Yorkda yaşayıb. Sözsüz ki, meqapolis həyatı onun üslubunda əks olunmaya bilməzdi. Hicab geyinməyən ərəb şahzadəsi şərq qadınlarına xas böyük zinət əşyalarını sevmir, amma Dina kraff sırğalar, falanqa üzükləri və bəzəkli bilərzikləri tez-tez taxır.

Şarlott Kaziraqi

Status: Monako şahzadəsi məşhur Hollivud aktrisası Qreys Kellinin nəvəsidir.

Şarlott Kazaraqiyə nəzər saldıqda onun nənəsi Qreys Kelli yada düşür. Şarlott da eynilə nənəsi kimi gözəllik və zəriflik mücəssəməsidir. Lakin zəriflik və kübar mənşəyi Şarlottun yeganə məziyyətləri deyil. Sorbonna Universitetinin məzunu, istedadlı jurnalist və model şahzadələrdən çox Hollivud ulduzlarına bənzəyir. Onu zabitəli paltarlarda və qəribə papaqlarda görmək mümkün deyil, əvəzində o, “Gucci”, “Valentino” və ya “Chanel” kimi moda evlərinin reklamlarında böyük məmnuniyyətlə çəkilir. Şarlott zinət əşyaları arasında ən çox sırğalara, əsas da yığcam modellərə üstünlük verir. O, vəziyyətdən asılı olaraq gündəlik obrazlarını incə boyunbağılarla tamamlayır.

Çetçun Pema

Status: Butan kralı Ciqme Kxesar Namqyal Vanqçukanın həyat yoldaşı

Bu xariqüladə gözələ baxanda qarşındakının adi pilot qızı olduğuna inanmaq çətindir. Valideynlər gələcək kraliçaya əla təhsil verə bilib: Pema Londonda və Hindistanda oxuyub. Təbiət onu həm əsrarəngiz gözəlliyi ilə, həm də iti ağılla mükafatlandırıb. Kraliçanın maraqları dairəsinə beynəlxalq münasibətlər və xarici dillər, incəsənət və idman daxildir. Xaricdə çoxillik təhsil onun üslubuna qətiyyən təsir etməyib. Pema ölkəsinin ənənələrinə qayğı ilə yanaşır, milli üslubda geyimlər və bəzək əşyalarına üstünlük verir. Buna baxmayaraq, onun üslubunda bəzi detalların “Yves Saint Lauren” və “Burberry” moda evlərinin kolleksiyaları oxşar olduğunu xüsusi vurğulamaq lazımdır. Ağlı və nəfis şərq gözəlliyinin vəhdəti Pemunu kral ailəsinin və təbəələrinin sevimlisi edib.

Şahzadə Aleksandr

Status: Şahzadə Aleksandr Lüksemburqun böyük hersoqu Anrinin və Lüksemburqun böyük hersoginyası Mariya Terezanın yeganə qızıdır.

Lüksemburqun böyük hersoqu Anrinin və Lüksemburqun böyük hersoginyası Mariya Terezanın yeganə qızı, 23 yaşlı cazibədar qız Fransiskant universitetində təhsil alıb, eyni zamanda universitetin tennis komandasının tərkibində çıxış edib. Aleksandr o qədər gözəldir ki, Lüksemburqda şahzadənin şərəfinə xüsusi qızılgül növü yetişdirilib və onun adı verilib. Güləyən və cazibədar Aleksandr özü haqqında çox ağıllı qız imici formalaşdırıb. O, tarixi, ədəbiyyatı, fəlsəfəni öyrənir, dissertasiya yazır, beş dil bilir, eləcə də at, su xizək idmanını sevir və tennis üzrə peşəkar turnirlərdə iştirak edir. Klassik zərif geyimlər seçən şahzadə onun titulunu vurğulayan geyimlərini mirvari ilə tamamlayır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here