İraq ordusu İŞİD terror qruplaşmasının nəzərəti altında olan Mosul şəhərinin şərq hissəsinin 70-80%-ni azad edib.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, bu bəyanatla çərşənbə günü brifinqdə ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat aparan qoşun qrupunun nümayəndəsi polkovnik Brett Silvia çıxış edib.
Onun sözlərinə görə, şəhər uğrunda mübarizə davam edir və Mosulun qərb hissəsində hələ böyük döyüşlər onları gözləyir.
VOİCEPRESS.AZ