Əgər baxışlar öldürə bilsəydi, Mişel Obama prezident Donald Trampı çoxdan qətlə yetirmiş olardı.
Sosial şəbəkələrdə yayılan memlərdən, sadəcə, biri budur. Səbəb dünən ABŞ-ın paytaxtı Vaşinqtonda ölkənin yeni prezidenti Donald Trampın inauqurasiya mərasimində yaşanan olaydır.
VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, mərasim zamanı ABŞ-ın artıq sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obama tribunada idi. Donald Tramp danışarkən o, 70 yaşlı milyarderə tərs-tərs baxıb və bu baxışlar reportyorların kameralarından yayınmayıb.
Həmin foto indi sosial şəbəkələrdə ildırım sürətilə yayılır.
Sosial şəbəkə istifadəçiləri Mişel Obamanın baxışlarını “qatil baxışları” adlandırıblar.
VOİCEPRESS.AZ