Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib.
VOİCEPRESS bildirir ki, Trend-in Pakistan KİV-ə istinadən verdiyi məlumata görə, insident Paraçinar şəhərində baş verib. Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hələ ki partlayışın məsuliyyətini Pakistanda mövcud olan ekstremist qruplardan heç biri öz üzərinə almayıb.
APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 18, yaralananların sayı 51 nəfərə yüksəlib.
VOİCEPRESS.AZ