“Minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək”

24 Yanvar, 11:30

“Azərbaycanda minimum əməkhaqqının artırılması 145 min nəfəri əhatə edəcək”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, hazırda təqribən 71 min nəfərin maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır:

“Bu kateqoriyaya aid olan vətəndaşlar əsasən yarımştat və ya saathesabı çalışanlardır, ona görə də onların maaşı 105 manatdan azdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 105 manatdan 116 manatadək artırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here