Məşhur qəhvə şirkətindən müsəlmanlara dəstək

30 Yanvar, 11:49

“Starbucks” müsəlmanlara dəstək olduğunu, fəaliyyət göstərdiyi ölkələrdə onları işlə təmin edəcəyini açıqlayıb.

VOİCEPRESS “Hürriyet”ə istinadla bildirir ki, məşhur qəhvə şirkəti “Starbucks” Donald Trampın qaçqınlar və əhalisinin çoxu müsəlmanlar olan yeddi ölkənin vətəndaşları ilə bağlı verdiyi viza qadağasından sonra mühacirlərə dəstək olub.

Şirkətin CEO-su Hovard Şultz işçilərinə göndərdiyi məktubda bildirib ki, fəaliyyət göstərdiyi 75 ölkədə 5 il ərzində 10 min qaçqını işlə təmin edəcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here