Dünən Suriya prezidenti Bəşər Əsədin xəstəxanaya yatırılması, komaya düşməsi ilə bağlı xəbərlər yayılıb.
VOİCEPRESS “Hürriyet”ə istinadla bildirir ki, bu barədə məlumatı “Al Jazeera”in məşhur müxbiri Faisal əl-Qəssəm Tvitter hesabında yayıb. O iddia edib ki, Əsəd komadadır. Əl-Qəssəm Tvitter-lə paylaşdığı məlumatla bütün dünyanın diqqətini çəkib.
Suriya höküməti yayılan xəbərlərlə bağlı Feysbuk-da açıqlama yayıb. Onlar qeyd edib ki, yayılan xəbərlər əsassızdır, prezidentin sağlamlığı ilə bağlı problemi yoxdur.
VOİCEPRESS.AZ