Medvedev Ermənistanın baş naziri ilə görüşəcək

16 Yanvar, 19:36

Rusiyanın baş naziri Dmitri Medvedev yanvarın 24-ü Moskvada ermənistanlı həmkarı Karen Karapetyanla görüşəcək.

VOİCEPRESS bu barədə “RİA Novosti”yə istinadən məlumat verir.

Görüş zamanı iki ölkənin Avrasiya İqtisadi İttifaqı çərçivəsində birgə əməkdaşlığı müzakirə olunacaq.

Məlumata görə, görüşün yekununda hökumətlərarası və qurumlararası bir neçə sazişin imzalanacağı gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here