Əfsanəvi pop ulduzu Maykl Ceksonun qızı açıqlamaları ilə bütün medianın diqqətini çəkib.
VOİCEPRESS Britaniya mətbuatına istinadla bildirir ki, o, açıqlamasında atasının öldürüldüyünü söyləyib.
Peris Cekson həm də yeniyetmə ikən dəfələrlə təcavüzə uğradığını və bir neçə dəfə intihara cəhd etdiyini açıqlayıb.
18 yaşlı Peris Cekson “Rolling Stone Magazine”ə müsahibəsi zamanı atasının qarşıdurma nəticəsində öldürüldüyünü söyləyib.
Perisin dediyinə görə, pop ulduzu sağ olanda dəfələrlə “onlar məni öldürəcəklər”, – deyə qızına söyləyib.
“Bunu onun fanatları da çox yaxşı bilirlər ki, atam öldürülüb. Bu inandırıcı gəlməyə bilər, amma reallıqdır”.
O, həm də müsahibəsində bildirib ki, 14 yaşında təcavüzə uğrayıb, depressiyaya düşüb, narkotik aludəçisinə çevrilib və bir neçə dəfə intihara cəhd edib.
Qeyd edək ki, Maykl Cekson ölən zaman Perisin 11 yaşı var idi.
VOİCEPRESS.AZ