“Manyak” Cennifer Lopezin evinə hücum etdi

6 Yanvar, 08:06

Müğənni Cennifer Lopez pərəstişkarının hücumuna məruz qalıb.

VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, Lopezin Timozi Mak Lanahan adlı pərəstişkarı avtomobilini onun mülkünə sürərək müğənnini görmək istədiyini bildirib.

Polis tərəfindən saxlanılan şəxsin daha əvvəl də qanunsuz odlu silah gəzdirdiyi və başqalarını şantaj etdiyi üçün həbs olunduğu ortaya çıxıb.

Məhkəmə “manyak” pərəstişkarın Lopezin yaşadığı evin, uşaqlarının oxuduğu məktəbin və müğənninin iş yerinin 100 metr uzaqlığında durmalı olduğuna qərar verib.

Qeyd edək ki, müğənni daha öncə də belə bir hadisə ilə qarşılaşıb. Pərəstişkarlarından biri onun mülkünə daxil olaraq hovuzunun kənarında səssizcə 6 gün yaşayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here