Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Bu barədə VOİCEPRESS Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
ANAMA-nın məlumatına görə, Lənkəran şəhəri, Dəniz kənarında – 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 – 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.
VOİCEPRESS.AZ