“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı yeni xəbər yayılıb.
VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, serialın bu mövsüm ekranlarda olmayacağı dəqiqləşib. Bu barədə layihənin yayımlanacağı gözlənilən “360 TV”dəki “Aklınızda kalmasın” proqramında deyilib.
Bunun əvəzində “Pana Film” “Kurtlar vadisi”nin yeni filmlərinin çəkilişlərinə hazırlaşır. Belə ki, qarşıdakı aylarda aktyorlar “Kurtlar Vadisi Kipr”, daha sonra isə “Kurtlar Vadisi Darbe” üçün kamera qarşısına keçəcəklər.
Filmlərdə yenə də xarici ulduz olacağı deyilir. Hazırda aktyor heyəti hazırlıqlar üçün Kipr və digər ölkələrdə səfərdədirlər.
https://www.facebook.com/VoicePressaz-491519327714625/
VOİCEPRESS.AZ