İkinci Dünya müharibəsinin ilk xəbərini verən jurnalist vəfat etdi – 106 yaşında

10 Yanvar, 19:51

İkinci Dünya müharibəsinin başlanması barədə ilk xəbər verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

VOİCEPRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, xanım jurnalist 106 yaşında dünyasını dəyişib.
K. Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən Almaniya Silahlı Qüvvələrinin iki ölkənin sərhədində toplaşdığı barədə xəbəri yayıb.
Jurnalistika ilə məşğul olmazdan əvvəl o, minlərlə insanın Hitler Almaniyasını tərk etməkdən ötrü Britaniya vizası almasına köməklik edib.
1911-ci ildə doğulan K. Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here