ABŞ prezidentliyinə seçkiləri Donald Trampa uduzan Hillari Klintonun növbəti hədəfi 2020-ci ildir.
VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, 73 yaşlı Hillari növbəti prezident seçkilərinə də qatılmaq niyyətindədir. O, həmin dövrə qədər ictimai nüfuzunu daha da artırmaq niyyətindədir.
Klinton bu səbəbdən telekanallardan birində tok-şouya aparıcılıq edəcək. Onun verilişində siyasət adamları, nüfuzlu insanlar qonaq olacaq.
VOİCEPRESS.AZ