BƏƏ-nin paytaxtında həyəcan

27 Yanvar, 08:16

BƏƏ-nin paytaxtı Abu-Dabidə “Yas moll” ticarət mərkəzinin bir mərtəbəsində yerləşən restoranda ziyarətçilər yanğın səbəbindən təxliyə olunublar.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, mülki müdafiə xidmətinin əməkdaşları yanğını söndürüblər, hadisə nəticəsində xəsarət alan olmayıb.

Təxliyə yalnız bir mərtəbənin ziyarətçilərinə aid olunub, digər şöbələr əvvəlki rejimdə işləməyə davam edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here