Hər bir xanım həyatda və mətbəxdə qüsursuz olmağı arzulayır. Bəzən ən kiçik bilgi də qüsursuzluğun açarına çevrilir.
VOİCEPRESS publika.az-a istinadən bildirir ki, adi diş məcununun istifadə edildiyi və çox yaxşı nəticələr əldə edə biləcəyiniz variantları təqdim edir:
Ağcaqanad sancması zamanı həmin hissəyə azacıq diş məcunu çəkməklə qaşınma keçir və şişkinlik azalır.
Siqaretdən saralmış dırnaqlar bir neçə dəfə diş məcunu ilə fırçalandıqdan sonra ağarır.
Tefal tavalardakı çətin ləkələr diş məcunu ilə asanlıqla təmizlənir.
Kiçik və bəsit yanıqların üzərinə diş məcunu çəkmək tövsiyə olunur. Bu zaman dəridə su toplanmır və ağrı azalır. Ancaq bu üsulu açıq yaralara qətiyyən tətbiq etməyin.
Ayaqqabı ləkələrini diş məcunu daha tez təmizləyir.
Sızanağın üzərinə yatmazdan əvvəl bir damcı diş məcunu sürtün və səhər duranda yaxalayın. Bu zaman qızartı və şişkinlik tez keçir.
Dəniz eynəkləri buxardan ləkələnibsə, diş məcunu sürtün və bol su ilə yaxalayın.
Gümüş bəzəklərinə də gecə yatmazdan əvvəl diş məcunu sürtün. Səhər yuxudan oyanarkən parlaq olduğunu görəcəksiniz.
Xüsusilə, soğan və ya sarımsağın qoxusu əldə uzun müddət qalır. Bu qoxunu aradan qaldırmaq üçün də diş məcunu təklif olunur.
Əllərinizi diş məcunu ilə yuyun.
Uşağınızın divara çəkdiyi rəsmlər belə diş məcunu ilə daha asan təmizlənir.
VOİCEPRESS.AZ