Hava şəraiti dəyişəcək

26 Yanvar, 15:54

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə bildirilib ki, yanvarın 27-si gündüzdən ayın sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Yanvarın 27-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi əsəcək ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Sabahdan etibarən ayın sonunadək şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here