Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev ötən ilin dekabrında Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?”
VOİCEPRESS Q.Hacıyevin bununla bağlı məqaləsini təqdim edir.
Məqalədə deyilir ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb.
“Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) məqaləsini yazmış özbək “akademik”i Rustamjon Abdullayev, görünür, ermənilərin Cənubi Qafqaza XIX əsrdə köçürüldüyünü, XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına onlara bir dövlət və bir muxtar qurum yaradıldığını “bilmir”. Hansı ki, bu tarixi həqiqəti bütün sağlam düşüncəli qələm sahibləri, tarixçilər, siyasət adamları, hətta ermənilərin özləri də bilirlər.
Özünü akademik adlandıran bu şəxs məqaləsində Ş.Salamovun kitablarını tənqid etməklə türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə edib.
1918-ci il iyulun ortalarında Lalayan Daşnaksütyun partiyasının rəhbərliyinin fəaliyyəti barədə yazırdı: “Əksinqilabi daşnak hökumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmaqdan, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhətdən məhv etməkdən ibarət idi”.
Yaxşı məlumdur ki, Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan həm separatçı, həm terrorçu, həm də minlərlə günahsız insanın qanını tökən canidir.
Erməni ideologiyasının təsiri altına düşmüş R.Abdullayev öz tarixini, vətəninin problemlərini qoyub, “özgə gözünə kül üfürməklə” məşğul olan ermənilərin vaxtilə tərkibində yaşadığı dövlətlərin hansınınsa tarixinə hörmətlə yanaşmalarından danışa bilərmi?
R.Abdullayev bilmirmi ki, “yazıq” imici qazanmış ermənilərin qatı millətçi ünsürləri tərəfindən çox nahaq qanlar tökülüb. Ermənilərin Şimali və Cənubi Azərbaycanda, Türkiyənin Van, Ərzurum, Qars bölgələrində törətdiyi qırğınların ssenarisi eynidir.
Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı? Məlum olduğu kimi, erməni “milli” təşkilatlarının əksəriyyəti xarici ölkələrdə, xüsusilə də Türkiyə və Azərbaycanın inkişafını gözü götürməyən ölkələrdə yaradılıb, məqam düşdükcə onlardan istifadə edilib.
Ermənistan SSR Ali Soveti beynəlxalq hüquq normalarını pozaraq, 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdiyi halda, görəsən, R.Abdullayev hansı hüquq normalarından və tarixi həqiqətdən danışır?
Azərbaycan xalqına qarşı 200 ildir davam edən etnik təmizləmə siyasətini xatırlamaq lazımdır. “Akademik”in Şuxrat Salamova qarşı yazısı və Azərbaycan həqiqətlərinə laqeydliyi erməni təxribatçılarının çirkin kampaniyasının tərkib hissəsidir.
R.Abdullayev kimiləri bilmirlərmi ki, bu gün ermənilərin işğal etdikləri torpaqlarda qədim Azərbaycan mədəniyyətinə qarşı terror həyata keçirilir? Ermənilər tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı və onun ətrafındakı onlarla şəhəri, yüzlərlə kəndi dağıdıblar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuxrat Salamovun əsərləri erməni millətindən olan yazarların bu günə qədər müxtəlif səviyyəli böhtan, saxtakarlıq və yalanlarla dolu yazılarına tutarlı cavabdır.
VOİCEPRESS.AZ