Gülənə daha bir ölkədən zərbə

6 Yanvar, 09:07

Mərakeşdə Fətullah Gülənin məktəbləri bağlanacaq.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, ölkə rəhbərliyi Türkiyədə ötən ilin yayında baş verən dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham edilən Gülənə məxsus təhsil ocaqlarını bağlamaq haqda qərara qəbul ediblər.

“Fətullah Gülənlə bağlılığı oan “Məhəmməd əl-Fateh” təhsil müəssisələri barədə aparılan araşdırma göstərdi ki, onlar məktəblərdən öz ideologiyalarını yaymaq üçün istifadə edirlər. Bu isə Mərakeşin din və təhsil sissteminə ziddir”, deyə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilir.

Adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi isə Gülənlə bağlılıqlarını təkzib edib. Söhbət 2,5 min şagirdin təhsil aldığı 7 məktəbdən gedir.

Xatırladaq ki, iyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Çevriliş cəhdi nəticəsində 240-dan artıq türk vətəndaşı ölüb.

Türkiyə rəhbərliyi çevrilişi Fətullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən təşkil edildiyini açıqlayıb. Gülənin ekstradisiyası üçün ABŞ-a müraciət edilsə də, həllik müsbət cavab alınmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here