Obama administrasiyası Tramp gələnə qədər Quantanamonu boşaltmaq istəyir

0
314010

Daha 4 məhbus ölkəsinə verilib, amma həbsxanada hələ də 55 məhbus qalıb

Pentaqon cümə axşamı Quantanamo hərbi həbsxanasından 4 məhbusun Səudiyyə Ərəbistanına köçürülməsi faktını rəsmən təsdiq edib.

VOİCEPRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Ər-Riyada Səlim Əhməd Hadi ibn Kanad, Sadiq Əbu Qənim, Abdulla Yəhya Yusif əş-Şibli və Məhəmməd Əli Abdullar Bvazir təhvil verilib.

Səlim Əhməd Hadi ibn Kanad 2002-ci ildə Əfqanıstanda ABŞ-a əsir düşüb. O, Yəməndən Əfqanıstana gələrək “Taliban”a qoşulub və ABŞ-a qarşı vuruşub. Əbu Qənim “Əl-Qaidə”nin üzvü olub və Üsamə bin Ladenin mühafizəçisi işləyib. Məhəmməd Bvazir və Əş-Şibli də “Əl-Qaidə”nin üzvü olub və Amerika əsgərlərinə qarşı vuruşduqlarını etiraf edib.

ABŞ Prezidenti Barak Obama hələ prezident olmazdan əvvəl Quantanamo həbsxanasını bağlatdıracağına dair vəd vermişdi. Prezident vəzifəsinin başına keçəndən bir neçə gün sonra imzaladığı fərmanla həbsxananın bir il içində bağlanılması təlimatını verən Obama bu hədəfinə hələ yetişməyib. Son məhbus transferindən sonra Quantanamoda hələ də 55 məhbus qalıb.

Ancaq yeni seçilən prezident Donald Tramp “Twitter” səhifəsində bir neçə gün əvvəl etdiyi paylaşımda Quantanamoda olan məhbusların “çox təhlükəli” olduqları səbəbiylə sərbəst buraxılmaması lazım olduğunu bildirmişdi. Trampın sözlərinə cavab verən Ağ Evin sözçüsü Coş Ernest isə Obama administrasiyasının son dövrünə qədər məhbus transferinə davam ediləcəyini açıqlayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here