“Formula-1”-in rəhbəri istefaya göndərilib

23 Yanvar, 23:51

“Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.

“Bu gündən mən “Formula-1″ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, deyə B.Ekklstoun qeyd edib.

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here