“Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanın böyük əhəmiyyəti vardır”.
Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib. Onun sözlərinə görə, dövlət başçısının uğurlu fəaliyyətinin başlıca yolu yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər üçün lazimi şəraitin yaradılması və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır: “Bu hər zaman belə olub. Cənab Prezidentin məcburi köçkünlərlə bağlı verdiyi son sərəncam da, bunun sübutudur. Ümumiyyətlə dövlət rəhbərinin bu yöndə əvəzsiz xidmətlərini qiymətləndirməmək mümkün deyil. Məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması, inkişafın və yenilməzliyimizin devizi olsun gərək”.

Qeyd edək ki, prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ