Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Trend “Hürriyyət” qəzetinə istinadən məlumat verir.
Dövlət başçısı qeyd edib: “Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq”.
Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.
VOİCEPRESS.AZ