Ziyafət Əsgərov: “Azərbaycan bu böhrandan, demək olar ki, yan keçdi”

27 Yanvar, 10:52

“Azərbaycan bu böhrandan, demək olar ki, yan keçdi”.



VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.

Z.Əsgərovun sözlərinə görə, ümumiyyətlə, iqtisadiyyatın təhlükəsizlik məsələsi hazırda Azərbaycanda aparıcı istiqamətlərdən biridir:

“Bilirsiniz ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan, demək olar ki, yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək və gələcəkdə gömrük orqanlarının və Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində xüsusi rol oynayan digər orqanların da inkişafını görəcəyik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here