Ərdoğan “Reina” terrorçusundan danışdı

17 Yanvar, 16:05

Heç kimin etdiyi cavabsız qalmayacaq.

VOİCEPRESS Milliyet-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan SGK (Sosial Güvənlik Kurumu) binalarının açılış mərasimində “Reina” terrorçusu ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

O bildirib: “Terrorçunu dünən gecə təhlükəsizlik qüvvələrimiz ələ keçirib. Artıq bu ölkədə heç kimin etdiyi cavabsız qalmayacaq. Hüquq çərçivəsində hər kəsdən hesab sorulacaq. Ortaköy terrorçusunun tutulması təhlükəsizlik anlayışının əhəmiyyətli bir təzahürüdür. Bütün təhlükəsizlik və kəşfiyyat əməkdaşlarını təbrik edirəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here