Dövlət agentliyində möhtəşəm sərgi…

20 Yanvar, 14:27

Cari ilin 18 yanvar tarixində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Davamlı Enerji Komitəsinin 25-ci sessiyası çərçivəsində UNECE Katibliyinin, Azərbaycan-Almaniya Cəmiyyətinin (TEAS) dəstəyi və Cenevrədə akkreditə olunmuş Almaniya, Azərbaycan, Qazaxıstan və Ukraynanın daimi nümayəndəliklərinin birgə əməkdaşlığı ilə yaşıl iqtisadiyyata keçid istiqamətində ölkələr tərəfindən göstərilən səylərin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə BMT-nin Cenevrə Bölməsində fotosərgi təşkil edilib. Sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə aid olan, insanların həyat şəraitinin yaxşılaşdırılması, ekoloji vəziyyətin və alternativ enerji sektorunun inkişaf etdirilməsi mövzularına həsr olunmuşdur.

VOİCEPRESS xəbər verir ki, Azərbaycan tərəfdən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində UNECE-nin icraçı katibi Kristian Fris Bax açılış nitqi ilə çıxış etmiş, Azərbaycan, Almaniya, Qazaxıstan diplomatik nümayəndəliklərinin rəhbərləri və Ukraynanın parlament üzvü nitq söyləmişdir. Fotosərgidə Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirilmiş layihələri əks etdirən fotolar nümayiş olunmuşdur.

Sərgidə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini sədrin müşaviri Nəzir Ramazanov təmsil etmişdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here