“China Daily”: Azərbaycan “İpək yolu”nun əsas hissələrindən biridir

20 Yanvar, 14:48

Dünyanın strateji nöqtəsində yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutunun inkişafı üçün böyük potensiala malikdir.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə “Eurasia Media Network” və “The Caspian Times” media-şəbəkəsinin baş redaktoru Malik Eyyub Sambal “China Daily Europe” nəşrində yer alan məqaləsində yazır.

Müəllif qeyd edir ki, Xəzər sahilində yerləşən və təbii resurslarla zəngin olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən “İpək yolu” iqtisadi marşrutunda əsas hissələrdən biridir.

“Qədim “İpək yolu” zamanlarından bəri Azərbaycan bu dəhlizin əsas hissələrindən olub. Belə ki, eramızdan əvvəl 206-cı ildə Roma İmperiyası ilə Çin arasında yerləşən ilk ticarət marşrutu Azərbaycan ərazisindən keçirdi”.

Məqalədə qeyd olunur ki, Çinin regionda ticarət marşrutlarının inkişafı ilə bağlı nəqliyyat, ticarət, istehsalat sahələrinə milyardlarla dollar investisiya yerləşdirilməsini nəzərdə tutan irimiqyaslı layihələri mövcuddur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here