Dünyada baş verən iqtisadi böhrana, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək üçün daim lazımi addımlar atır.
M.Quliyev bildirib ki, bu sərəncamlar onu göstərir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və dövlət başçısının daimi diqqətindədir:
“Dünyada iqtisadi böhranın olduğu dövrdə Azərbaycanda minimum əmək haqqının və pensiyaların artırılması təqdirəlayiq haldır və Prezidentin daim öz xalqının qayğısına qalmasının göstəricisidir. Düşünürəm ki, biz gələcəkdə də bu addımların davamını görəcəyik və Azərbaycan vətəndaşları, xüsusilə aztəminatlı insanlar dövlətin qayğısı ilə tam əhatə olunacaq”.
M.Quliyev əlavə edib ki, un və un məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi, biznesin inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident tərəfindən atılan addımlar imkan verir ki, Azərbaycan vətəndaşları dünyadakı iqtisadi böhranın təsirlərini ciddi şəkildə hiss etməsinlər.
VOİCEPRESS.AZ