Azərbaycan-Küveyt arasında ilk çarter reysi fəaliyyətə başlayıb

21 Yanvar, 15:08

2016-cı ilin 16 noyabr tarixində Azərbaycan və Küveyt mülki aviasiya şirkətləri arasında “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanması artıq öz nəticələrini verməyə başlayıb.

VOİCEPRESS bildirir ki, Azərbaycanın Küveytdəki səfirliyindən trend-ə verilən məlumata görə, əldə olunmuş razılığa əsasən, yanvar ayının 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq çarter reysləri fəaliyyətə başlayıb.

“Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən, növbəti çarter reysləri bu ilin fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin cari ilin 20 yanvar tarixində Küveytə ilk uçuşu ilə bağlı təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Küveyt mülki aviasiya şirkətinin, “Əl-Kazimi Şirkətlər Qrupu”nun nümayəndələri və Respublikamızın Küveytdəki Səfirliyin əməkdaşları iştirak ediblər. Açılışda müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun Prezidenti çıxış ediblər. Çıxışlarda iki ölkə arasında birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasının nəinki turizm sahəsində eyni zamanda ölkələr arasında iqtisadi sahədə də əlaqələrin inkişafına təkan verəcəyi vurğulanıb.

Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də yanvarın 20-də Azərbaycana ilk çarter reysi həyata keçirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here