Dəm qazı can almağa davam edir: iki ölü

20 Yanvar, 12:21

Astara və Şabran sakinləri dəm qazından zəhərlənərək ölüblər.

VOİCEPRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 19-da Astara rayonunun Vaqo kəndində yaşayan Elnur Məhərrəmov dəm qazından zəhərlənərək ölüb.

Şabran rayonunun Şahnəzərli kəndində yaşayan Sevinc Hüseynova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here