Avropa İttifaqı ilə danışıqlara hazırlıq gedir – Rəsmi

20 Yanvar, 12:19

“Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması üzrə danışıqlar başlayacaq”.

VOİCEPRESS-in məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesinin davam etdiyini bildirib.

Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların da davam etdiyini və Cenevrədə ilin birinci yarısında növbəti görüşün keçirilə biləcəyini söyləyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here