Bina tikintisi üçün ayrılacaq əraziyə dair tələblər dəyişdi

19 Yanvar, 08:10

Azərbaycanda sahəsi kiçik olan ərazilərdə yüksəkmərtəbəli binaların tikintisinə son qoyulur.

Bundan sonra, sakinlərin istirahəti və avtomobillərin parkinqi üçün kifayət qədər ərazisi olmayan binaların tikintisinə icazə verilməyəcək.

VOİCEPRESS
xezerxeber.az-a istinadən bildirir ki, şəhərsalma norma və qaydalarına edilən dəyişikliyə əsasən, tikinti şirkətlərindən hündürmərtəbəli binaların inşası üçün daha geniş ərazilər tələb olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Fəxri Aydəmirov deyir ki, dəyişikliyə əsasən, 1 hektarlıq ərazidə onmərtəbəli bina tikilərsə, burada tikinti sıxlığı maksimum 10 min kvadratmetr, yox əgər 25 mərtəbəli bina tikilərsə, bu zaman sıxlıq 25 min kvadratmetrdən çox ola bilməz. Üstəlik, mərtəbələrin sayı artdıqca tikilinin sahəsi də kiçilir.

Yeni qayda və normalar vasitəsilə tikintilər səbəbindən gələcəkdə yarana biləcək sıxlıqların qarşısının alınması hədəflənir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here