“Nachrichten Express”: Ermənilər azərbaycanlı hərbçilərin cəsədlərini vandalizmə məruz qoyurlar

19 Yanvar, 08:18

Almaniyanın “Nachrichten Express” xəbər saytında “Bakı: Ermənistan Azərbaycan əsgərlərini vandalizmə məruz qoyur” sərlövhəli məqalə verilib.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, məqalədə bildirilir ki, Ermənistan əsgərləri 2016-cı il dekabrın 29-da Azərbaycana qarşı keçirdikləri uğursuz hərbi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.

Qeyd olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 30-da verdiyi bəyanatda Ermənistanı etik-mənəvi prinsipləri pozmaqda ittiham edib. Bəyanatda Ermənistanın öldürülən Azərbaycan əsgərlərinin cəsədlərini təhqir etməsinin məqsədli strategiya olduğu və bununla Azərbaycan tərəfini qorxutmaq məqsədi daşıdığı göstərilib.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qısa arayış verilir, 2016-cı il aprel hadisələrinə toxunulur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here