Bakının Formula 1 yarışı üçün təhlükə yarandı

21 Yanvar, 17:28

Berni Eklstounun tezliklə Formula 1-in idarəçiliyindəki rəhbər vəzifəsini tərk edəcəyi haqqında məlumatlar yayılıb.

VOİCEPRESS-in məlumatına görə, “Sky News” telekanalı “Liberty Media”nın planları haqqında yeni detalları açıqlayıb.

Britaniya telekanalının məlumatına görə, “Liberty Media” çempionatın komandaları ilə kompromisə getməyə hazırdır. Buna görə də o, Formula 1-in aksiyasını əldə etməyin mümkünlüyü üçün şərtləri dəyişdirəcək. Belə ki, bundan sonra çempionatda iştirak edən komandalar Formula 1-in səhmdarı ola biləcəklər. Korporasiya öz planlarını açıqladıqdan sonra Eklstoun da vəzifəsindən gedəcək. Bu barədə gələn həftənin birinci yarısında elan verilə bilər. B.Eklstouna Formula 1-in ömürlük fəxri prezidenti rütbəsi verilə bilər. Lakin bununla belə, onun vəzifələri məhdudlaşdırılacaq.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin 23 – 25 iyununda keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here