Bakı şəhərindəki “Dəmirci Tower” biznes mərkəzində silahlı insident baş verib.
VOİCEPRESS xəbər verir ki, apa-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.
Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.
Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
VOİCEPRESS.AZ