Azərbaycanlıların xaricdəki elmi məqalələrinin sayında böyük fərq yaranıb

27 Yanvar, 16:34

Azərbaycanlı alimlərin impakt jurnallardakı məqalələrinin sayı 40 faiz artıb.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 350 olub. Bu, 2015-ci ildə dərc olunan məqalələrdən (250 məqalə) 40 faiz çoxdur:
“Bu fərq 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinin nəticəsidir. Əməkdaşlıq nəticəsində ilk dəfə olaraq ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları,monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib”.

Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin demək olar ki, yarısı universitet alimlərinin əqli məhsullarıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here